Tanınmış aparıcı Turan İbrahimov Tahir İmanovu təbrik edib.
"Yeni Sabah" xəbər verir ki, o bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib və məsələnin maksimum yayılmasını istəyib:
“Onları nəyə görə qadağan etmişdilər? Çünki onlar dövlət və cəmiyyət naminə, iqtidar və xalq həmrəyliyinin daha da möhkəmlənməsi naminə müəyyən konstruktiv tənqidlər səsləndirirdilər. Bu tənqidlər də yəqin kimlərisə narahat edirdi. Tahir İmanovun bu məsələ haqqında dövlət başçısına birbaşa məlumat verməsi və cənab Prezidentimizin bu məsələyə həmən reaksiya verməsi və "sizə heç bir qadağa qoyula bilməz"- deyə bildirməsi şəxsən məni çox sevindirir, çox ürəkləndirdi”. Toyuqlu pizza
T.İbrahimov qeyd edib ki, “Bu məqamdan istifadə edərək bildirmək istəyirəm ki, eyni niyyətlə, konstruktiv, iqtidar və xalq həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün tənqidlər səsləndirmiş müəyyən jurnalistlər, həm də ictimai xadimlər var ki, onlar da, hələ də o cür qadağalara məruzdurlar”.
Telegram kanalımız