Prezidentin yüksək vəzifə verdiyi Anar Məmmədov kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi Anar Məmmədov kimdir?

Siyasət

29 İyul 2023 08:40 6551


Xəbər verdiyimiz kimi, Anar Fərrux oğlu Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni vitse-prezidenti təyin olunub.

"Yeni Sabah" bildirir ki,  o bu vəzifəyə qədər 27 iyul 2016-cı ildən bəri “Petkim Petrokimya Holding A.”nin Baş direktoru vəzifəsində çalışıb. O, bundan öncə “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru olub.

Qeyd edək ki, Məmmədov Anar Fərruh oğlu 1971-ci ildə Bakı şəhərində anadan olub.  pizza mizza

İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 

2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı”  mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 

2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub. Yeni təyinatından əvvəl o, “SOCAR Enegy Greece” və “Petkim Petrokimya Holding A.” şirkətinin Baş direktoru vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • userAdmin
    PETKIM 10 -- 20 MILYON ZERERLE IŠLEYIR....DAXILI ISTEHSAL 40 ?N 10 % Ə DŮŠŮB.....BUDUR NEALIYYET.
    3 months ago