Prezidentin yüksək vəzifə verdiyi Şahin Babayev kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi Şahin Babayev kimdir? - DOSYE

Sosial

03 Mart 2025 17:12 1412


Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

“Yeni Sabah” Şahin Babayevin dosyesini təqdim edir:

Şahin Babayev 1988-ci ildə anadan olub. Pepperoni pizza

O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb.

2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev, 2021-ci ilə qədər "Azərkosmos"un Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Ş.Babayev Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Rus, ingilis dilini bilir. Ailəlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!