Prezidentin yüksək vəzifə verdiyi xanımla bağlı maraqlı məlumatlar...

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi xanımla bağlı maraqlı məlumatlar...

Siyasət

18 Oktyabr 2022 18:14 6772


Bu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenisabah.az Elm Fondunun İcraçı direktorunun dosyesini təqdim edir:

Mehriban İmanova Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosentidir. pizza hut

Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 236 saylı orta məktəbdə oxuyub.

1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.

1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin  magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib.

2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.

2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.

2010-ci ildə namizədlik dissertasiya işini  müdafiə edərək  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!