Prezidentin yüksək vəzifəyə təyin etdiyi Emin Hüseynov kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Emin Hüseynov kimdir?

Siyasət

02 Dekabr 2021 09:08 21745


Xəbər verdiyimiz kimi, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədə əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilib.

Prezident İlham Əliyev eyni zamanda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sezar pizza

Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. E. Hüseynov orta təhsilini də Sumqayıtda alıb.

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Ailəlidir, üç övladı var.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E. Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Esmira Quliyeva Abbas qızı
    Yazıb sizdən xahiş edirəm Qarabağa qayıdışla əlaqədar olaraq ailəmlə birlikdə Ağdam rayonuna köçmüşük. Mən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 300 nömrəli tam orta məktəbdə işləyirəm. Köçdüyümə görə işdən çıxmaq məcburiyyətindəyəm. Yoldaşım ağır serroz xəstəsidi 2 azyaşlı övladım var evdə yeganə işləyən mənəm. Doğma torpaqlada verilən velər çox gözəldi orda ailəmlə yaşamağa hazıram. Xahiş edirəm məni Ağdam rayonunda minimum əmək haqqıyla işlə təmin edəsiz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
    12 days ago
  • Yegane
    Hörmetli Emin muellim. Sizden cox xahis edirik qacin ailesiyik az temnatli kirayede yasayiriq ve 4usagimiz var qobu qesebesinde bizi muveqqeti yasamagcun evle temin etmeyinizi xahis edirik.
    4 months ago
  • İlqar Sadıxov
    Hörmətli Emin müəllim! “Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır” Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. (dövlət-xalq-ordu birliyi), Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir. Dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir. Hörmətli Emin müəllim! Vətən müharibəsi başa çatan kimi işğaldan azad edilmiş torpaqların dirçəldilməsi bərpası və yenidən qurulması, həmçinin məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə geri qayıdışının təşkil edilməsi istiqamətində iş başlanıb. İrimiqyaslı infrastruktur layihələri icra olunur, yeni yaşayış məntəqələri salınır. Böyük Qayıdışın ilkin mərhələsi həyata keçirilir. Bəli, "Qarabağın döyünən ürəyi" adlanan Şuşa şəhərində, Xocavənd rayonunda, Ağdam şəhərində yenidən qurma işləri bu gün də davam etdirilir. İş adamları Gözəl Qarabağımızın çiçəklənməsi üçün əllərindən gələni etməyə çalışırlar. Mən də Xocavənd rayonunda şəxsi vəsaitim ilə gözəl bir iaşə obyekti tikdirmək istəyirəm. Məqsədim bu gözəl yurdda yaşayan sakinlərə, eləcə də bu yurdu görmək üçün gələn qonaqlara xidmət etməkdir. Əminəm ki, mənim bu müraciətim diqqətinizdən kənarda qalmayacaq və mənim Xocavənd sakinlərinə xidmət etməyim üçün razılıq verəcəksiniz. Əvvəlcədən təşəkkür və minnətdarlığımı bildirirəm
    1 year ago
  • Hacı Rafiq İmanov
    AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNDƏKİ RESPUBLİKA PREZİDENTİ Alİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVİN SƏLAHİYYƏITLİ NÜMAYƏNDƏSİ CƏNAB EMİN HÜSEYNOVA Hörmətli Emin müəllim,Sizdən xahiş edirik ki,Füzuli rayonunun mərkəsində Dini İnaclı insanların gündəlik namaz qılmaq və ibadətləri üçün münasib yerdən 150 (yüz əlli) kv.m Məscid tikilməsi məqsədiylə yer ayrılıb sakinlərin Sərəncamına verilməsinə kömək edəsiniz. Əvvəlcədən Allah köməyiniz olsun,can sağlığı versin deyirik. Füzuli rayonu Horadiz məscidi Dini İcma sədri Hacı Rafiq Fərhad oğlu İmanov.0553189198.
    2 years ago
  • HacıRafiq
    AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNDƏKİ RESPUBLİKA PREZİDENTİ Alİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVİN SƏLAHİYYƏITLİ NÜMAYƏNDƏSİ CƏNAB EMİN HÜSEYNOVA Hörmətli Emin müəllim,Sizdən xahiş edirik ki,Füzuli rayonunun mərkəsində Dini İnaclı insanların gündəlik namaz qılmaq və ibadətləri üçün münasib yerdən 150 (yüz əlli) kv.m Məscid tikilməsi məqsədiylə yer ayrılıb sakinlərin Sərəncamına verilməsinə kömək edəsiniz. Əvvəlcədən Allah köməyiniz olsun,can sağlığı versin deyirik. Füzuli rayonu Horadiz məscidi Dini İcma sədri Hacı Rafiq Fərhad oğlu İmanov.0553189198.
    2 years ago