Ruanda prezidenti jurnalist olmağa qərar verib.
Yenisabah.az “Sputnik International”a istinadla xəbər verir ki, 23 ildir Ruanda prezidenti vəzifəsində çalışan P.Kaqame bu il vəzifəsindən gedəcəyini bildirib.
Bu barədə “Twitter” hesabında yazan prezident hakim partiya daxilində varislik planının müzakirə edildiyini açıqlayıb. Ekspertlərin fikrincə, bu, onun 23 illik hakimiyyətinə son qoymaq niyyətində olduğuna işarə edir. Pepperoni pizza
Bundan başqa, dövlət başçısı sonrakı fəaliyyətini jurnalist kimi davam etdirəcəyini açıqlayıb.
Xatırladaq ki, uzun illər vətəndaş müharibəsinin davam etdiyi Mərkəzi Afrika ölkəsi olan Ruandaya 1998-ci ildən bəridir ki, rəhbərlik edən P. Kaqame hazırda ölkəni regionun ən yaxşı iqtisadiyyatına malik bir dövlətə çevirib. Belə ki, xarici “start-up”ların yer aldığı paytaxt Kiqali hazırda “Qara Qitə”nin texnologiya paytaxtı kimi qiymətləndirilir.
Telegram kanalımız