Prezidentliyə namizədlərin TRT-də çıxış sırası - PÜŞKATMA

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizədlərin TRT-də çıxış sırası - PÜŞKATMA

Siyasət

28 Aprel 2023 09:44 595


Türkiyədə seçkilərdə iştirak edəcək prezidentliyə namizədlərin TRT telekanalında təbliğat-təşviqat üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtında növbəliliyi təmin etmək üçün püşkatma mərasimi keçirilib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, püşkatma Ali Seçki Komissiyası tərəfindən təşkil olunub.

Nəticələrə əsasən, namizədlərin hansı sıra ilə çıxış edəcəyi müəyyən edilib. Pepperoni pizza

Belə ki, ilk çıxışı müxalifətin "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, ikinci ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İtttifaqı"nın namizədi Sinan Oğan, üçüncü Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce, dördüncü çıxışı isə hazırkı prezident, hakim "Cümhur İttifaqı"nın vahid namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğan edəcək. 

Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda baş tutacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!