“Priqojini Moskvada gözləyən qüvvələr var” - Rus dərin dövlətinin gizli planı...

saytların hazırlanması

Evə çatdırılma

“Priqojini Moskvada gözləyən qüvvələr var” - Rus dərin dövlətinin gizli planı...

Siyasət

24 İyun 2023 15:25 9463


"Bu qiyam gözlənilən idi. Hətta çıxışlarımın birində də demişdim ki, Rusiya dərin dövlətinin Putini hakimiyyətə gətirməkdə məqsədi Rusiya İmperiyasını bərpa etməkdir və 2022-ci ildə - SSRİ İmperiyasının yaranmasının 100 illiyində Rusiya İmperiyası bərpa olunmalı idi. Son müqavimət göstərən də Ukrayna idi və Ukrayna-Rusiya müharibəsinin geopolitik səbəbi də bu idi".

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib. Rusiyada baş verən hərbi qiyamı şərh edən politoloq bildirib ki, Putin artıq səhnədən getməlidir:

"İndi artıq rus dərin dövləti anlayır ki, bu proyekt baş tutmayıb, strateji məğlubiyyət göz qabağındadır və artıq imperiyanı bərpa etmək yox, Rusiyanı qoruyub saxlamaq məsələsi gündəmdədir. Buna görə də Putin artıq səhnədən getməlidir. Putin isə görünür, səhnədən getmək niyyətində deyil, müqavimət göstərməyə başlayıb. Müqavimət göstərdiyinə görə də artıq ona qarşı rus dərin dövləti digər qüvvələrini meydana sürüb. Mən bunu Konstantin Zatulinin çıxışından sonra bildirdim. Bu, fikrimcə, rus dərin dövlətinin hərəkatıdır və bu hərəkatın genişlənəcəyini gözləyirəm. Nəticəsindən asılı olmayaraq, bu proses dərinləşəcək, çünki artıq Putin və rejimi getməlidir. Əgər Putin getməsə, bugünkü Rusiyanın bütövlükdə taleyi gündəmə gələcək və rus dərin dövləti bunun qarşısını almağa çalışır". pizza hut

O, bildirib ki,  bu qiyamı fürsət hesab edən Şimali Qafqaz xalqları da mübarizəyə başlaya bilər. S.Əkbər gedişata görə Vladivostokda da hərəkatın başlama ehtimalı olduğunu vurğulayıb:

"Şimali Qafqaz xalqlarının Rusiyadakı xaosdan istifadə edərək öz azadlıqları uğrunda mübarizəyə başlaması mümkündür. Rusiyanın istər uzaq, istərsə, yaxın tarixinə baxsaq, belə hadisələr olub. Ən böyük geopolitik səhv bizim maraqlarımız baxımından Rusiyanın qorunub saxlanmasıdır. Çox təəssüf ki, Qərbdə bu gün də o dairələr mövcuddur və Rusiya İmperiyasının bu şəkildə qoruyub saxlamağa çalışacaqlar, amma bu kimi genişmiqyaslı ictimai-siyasi hadisələri heç də hər zaman idarə etmək mümkün olmur. Rusiyada təbii ki, mərkəzdənqaçmalar güclənəcək və bu təkcə dini-etnik motivli olmaya da bilər. Məsələn, Vladivostokda hərəkat başlayarsa, mən təəccüblənmərəm. Son zamanlarda Yaponiyanın aktivləşməsi xüsusən Ukrayna ilə münasibətdə diqqətimi cəlb edib. Sadəcə təkcə Şimali Qafqazda deyil, ayrı-ayrı Rusiya rayonlarında, xüsusən də Şərqdə, Vladivostok istiqamətində separatçı hərəkatların, ən azı rejimə qarşı hərəkatların başlayacağını gözləyirəm".

Politoloqun sözlərinə görə, Priqojini Moskvada gözləyən qüvvələr var:

"İndi hər kəs gözləmə rejimindədir və yaxın bir neçə gündə biz bunların şahidi olacağıq. Biz çox gözləməli olmayacağıq, görünən budur ki, hadisələr sürətlə inkişaf edir. Proqojinin Rostovdan həmən Voronej və Moskva istiqamətində hərəkətə keçməsi onu göstərir ki, Priqojini Moskvada  gözləyənlər, tələsənlər var. Biz klinik şəkli ilə hadisələri yaxın günlərdə görəcəyik. Hadisələr inkişaf etdikcə,  tərəflər öz mövqelərini də seçəcəklər. Formal açıqlamalara deyil, əsas əmələ baxmaq lazımdır. Baxmaq lazımdır ki, Priqojin harada dəstəklənir, rahat hərəkət edir, harada isə qarşısına qüvvələr çıxır. Putin, Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Baş Qərargahının taleləri artıq onları birləşdirib. İndi hansı qüvvələr onlara sadiq qalacaq, hansılarsa dərin dövlətlə hərəkət edəcək bunu tezliklə görəcəyik. Mənim fikrimcə, biz əsas  Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini (İndi Baş İdarə adlanır) və FSB-ni, xüsusən də FSB-nin üçüncü idarəsini - Hərbi Əks-kəşfiyyat idarəsini izləməliyik".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!