Priqojinin planı nə olub? - Qərb kəşfiyyatı detalları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Priqojinin planı nə olub? - Qərb kəşfiyyatı detalları açıqladı

Siyasət

29 İyun 2023 11:35 4606


İyunun 24-də baş verən silahlı üsyan zamanı "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ələ keçirmək niyyətində olub.

Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Priqojin əvvəlcə Rostov-na-Donda hər iki hərbi lideri tutmağı planlaşdırılırdı, lakin qiyama iki gün qalmış Federal Təhlükəsizlik Xidməti (FTX) plandan xəbər tutub. pizza mizza

Mənbələr deyir ki, Priqojinin planı olduqca mümkün idi, ancaq plan haqqında məlumat sızdıqdan sonra uğursuz olub, bu da "Vaqner"in rəhbərini sürətli hərəkət etməyə məcbur edib

Kəşfiyyat rəsmilərinin fikrincə, "Vaqner" qüvvələrinin Rostov-na-Donu asanlıqla ələ keçirməsi onu göstərir ki, nizami Rusiya qoşunlarının ayrı-ayrı komandirləri sui-qəsddə iştirak etmiş ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!