Problemli kreditlərin həllində texniki addımlar

saytların hazırlanması

Evə çatdırılma

Problemli kreditlərin həllində texniki addımlar

İqtisadiyyat

05 Mart 2019 15:29 979


İqtisadçı ekspert Samir Əliyev problemli kreditlərin həlli  prosesinin şəffaflığı üçün bu sahədə atılmalı texniki addımları  sadalayıb.

“Yeni Sabah” həmin bəndləri təqdim edir:

-Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısının internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi; pizza

-Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiyanın verilməsi. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələrinin sağlamlaşdırılması;

-Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısının saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

-Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatın açıqlanması;

-Zamin durmuş və əsas borcların əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanlarının təmin edilməsi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!