Problemli kreditlərlə bağlı qərarlar qəbul edilib

saytların hazırlanması

Evə çatdırılma

Problemli kreditlərlə bağlı qərarlar qəbul edilib

İqtisadiyyat

28 Fevral 2019 16:07 1082


Dünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib. Etibarlı mənbədən verilən məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib. Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. pizza sifarişi

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!