Problemli kreditlərlə bağlı vətəndaşlar SMS alacaq

saytların hazırlanması

Evə çatdırılma

Problemli kreditlərlə bağlı vətəndaşlar SMS alacaq

İqtisadiyyat

28 Mart 2019 15:03 963


Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndəriləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Hüquq təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib.

Onun sözlərinə görə, fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-dən alacaqlar.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!