“Afət Fərmanqızının "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misralı şeirinə yazılan mahnını dinlədim. Yüngül diringə idi, bəstəçisi və ifaçısı da ortabab bir şou müğənnisi idi”.
Bunu Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə deyib. O bildirib ki, Nəsimi poeziyasına Ü.Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Cahangir Cahangirov kimi korifeylər mahnı bəstələyə bilər:
“Bu şou müğənnisini bir qədər sonra "Hər şey daxil" verilişində dinlədim, o, Nəsiminin şeirini təhrif edirdi, "Məndə sığar ikən cahan, mən bu cahana sıxmaram" şəklində oxuyurdu. Bu problem 70-ci illərin sonunda da qalxmışdı. Gəncədə yaşayan ədəbiyyatşünas Abbasəli Sarovlu deyirdi ki, "iki cahan yox, ikən cahandır"... Sezar pizza
Həmin ortabab şou müğənnisi də, onu pəh-pəhlə tərifləyən özü kimilər də Nəsimi poeziyasının hürufi mahiyyətinin, "iki cahan"ın nə olduğunu dərk edə bilmədikləri üçün dahi şairi təhrif edirlər. Buna yol vermək olmaz, belə hallar həmişə olub. Komsomolçu şairlər Füzulini bəyənməyəndə, tənqid edəndə parlaq istedad M.Müşfiq onlara belə cavab vermişdi:
Yazalım,
Özümüzü öyməyəlim.
Füzuliyə dəyməyəlim
Usanmazmı Füzulini söyən
Özü bir heç kimi.
İnanıram ki, o iddialı ortabab şou müğənnisi və onu tərifləyib Nəsiminin şeirinə düzəliş edənlər məni başa düşdülər. Arifə bir işarə də bəsdir...”.
"Ədəbiyyat" qəzeti
Telegram kanalımız