Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İş üzrə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun çıxış edərək Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Marqarita pizza
Prokuror çıxışında deyib ki, Vaqif Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Prosesdə saat 14:00-ə qədər fasilə elan edilib.
Telegram kanalımız