Ötən gün Respublika Baş Prokurorluğu Elina Hacıyevanın intiharı ilə bağlı yaydığı açıqlamada media və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək onların məsuliyyətə cəlb olunacağını bildirib.
“Yeni Sabah” xəbər verir ki, media eksperti Rəşid Hacılı bu xəbərdarlığa münasibət bildirib. O, qeyd edib ki, bu bəyanatı verən ya istintaq sirrinin nə olduğunu bilmir, ya da qəsdən sosial şəbəkə istifadəçilərini Elina işi barədə məlumat toplamaq, yaymaq, müzakirələr və tənqidlərdən çəkindirmək istəyir: “Bu qanun adından yalandan xox gəlməklə edilir.
İstintaq sirri istintaqın toplamış olduğu məlumatdır. Bu məlumatı tam olaraq müstəntiq bilir, prokuror bilir. Orasından-burasından vəkil, təqsirləndirilən şəxs, şahid, ekspert və istintaqa cəlb olunmuş başqa şəxslər bilə bilər. Onları da müstəntiq xəbərdar edir bu barədə. Marqarita pizza
Və məsuliyyəti də onlar daşıya bilərlər.
Kənar şəxslər istintaqda nə olub-olmadığını bilə bilməzlər. Bilmədiklərini necə yaya bilərlər?
Kənar şəxslər öz topladıqları materialları, rəyləri, eşitdiklərini yaymaqda sərbəstdirlər. Buna görə də məsuliyyət daşımırlar”.
Telegram kanalımız