Prokurorluq arvadını boğub öldürən ər barədə məlumat yaydı 

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq arvadını boğub öldürən ər barədə məlumat yaydı 

Kriminal

12 İyun 2024 09:08 413


İyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Gəncə şəhər prokurorluğundan bildirilib. 

Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. 

Xatırladaq ki, iyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!