Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.
"Yeni Sabah" APA-ya istinadla xəbə verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır. Marqarita pizza
“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.
Telegram kanalımız