Sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat tərəfimizdən təsdiq edilmir.
Bu barədə açıqlama Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a verilib.
Xatırladaq ki, yayılan məlumatlara görə, Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb. Buna səbəb isə Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir. Dördpendirli pizza
Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.
Telegram kanalımız