“Proporsional seçki sistemi bərpa olunmalıdır” – İqbal Ağazadə

saytların hazırlanması

Evə çatdırılma

“Proporsional seçki sistemi bərpa olunmalıdır” – İqbal Ağazadə

Siyasət

27 May 2022 13:01 957


“Biz proporsional seçki sisteminin bərpasının tərəfdarıyıq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. 

O, qeyd edib ki, Azərbaycanda 1995-ci ildə deputatların sayının 125 nəfər olması haqqında qanun qəbul olunub. Amma 1995-ci ildən bu yana Azərbaycan əhalisinin sayı kifayət qədər artıb və elə dairələr var ki, orada artıq fərqli şəkildə saylar var: “Ona görə də hesab edirəm ki, deputatların sayı artırılmalıdır. Dominos pizza

Proporsional seçki sistemi isə 2002-ci ilin 24 avqustunda referendumla ləğv olunub. Bu da siyasi sistemə böyük ziyan vurub. İndi siyasi sistemin yenidən mükəmmələşdirilməsi və təkmilləşdirilməsi üçün mütləq proporsional seçki sistemi bərpa olunmalıdır.

Yeri gəlmişkən, bu sahədə Ümid Partiyası təkliflər paketində referendum təklifi ilə çıxış etdi. Bizim Konstitusiya islahalatlarında göstərdiyimiz birinci məsələ proporsional seçki sisteminin bərpası məsələdir. Biz proporsional seçki sisteminin bərpasının tərəfdarıyıq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!