"İran və Azərbaycan arasında anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi əməli addımların atıldığını görürük".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.
O bildirib: "İki ölkə arasında əldə olunan razılaşma, xüsusilə üç raund danışıqlar çərçivəsində biz həm iki ölkə arasında media mühitinin sakitləşməsinin, həm də anlaşılmazlıqların aradan qaldırılması üçün bəzi əməli addımların atılmasının şahidi olduq. Bu səyə və gördüyümüz xoş niyyətə əsaslanaraq, biz diplomatlar olaraq siyasi proseslərə həmişə nikbin yanaşırıq". Dördpendirli pizza
Telegram kanalımız