Prospektdə ağır qəza, 6 yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Prospektdə ağır qəza, 6 yaralı var

Avto

24 Aprel 2019 12:21 1207


Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə  Nizami rayonu Babək prospekti 94 ünvanında baş verib. Qəza zamanı 1986-ci il təvəllüdlü Nəsibov Kamran Cavad oğlunun idarə etdiyi “Lada Priora” və 1990-cı il təvəllüdlü Səfərov Əziz Habilin idarəetməsində olan “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Yaralılar dərhal 1 və 3 saylı Kliniki Tibbi Mərkəzə o cümlədən özəl klinikaların birinə çatdırılıb. Dördpendirli pizza

Qəza nəticəsində “Lada”-nın sürücüsü 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və onun sərnişinləri 1979-cu il təvəüllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilova Valentina Vitalyevna yaralanıb.

“Mercedes” markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, hadisəyə səbəb ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və sürət həddinin aşması olub.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!