Məhkəmə Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov barədə qərar verib.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədəonun vəkili Anar Mövsümoğlu məlumat verib.
Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində H.Seyidov barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Pepperoni pizza
Xatırladaq ki, H.Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, sabiq şöbə müdiri müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.
H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Telegram kanalımız