"Psixoloq cəmiyyətə əvvəlki illərdə lazım deyildisə, hazırda həddən artıq lazımdır".
Yenisabah.az pravda-az-a istinadla xəbər verir ki, psixoloq Gülnar Orucova deyib.
O əlavə edib: “Doğrudur, bəzi psixoloqlar üz qarasıdır, elə çıxışlar edirlər ki... Kimlərsə özünü psixoloq kimi reklam edib pul qazanmaq istəyir. Bəzən teleaparıcılar həmin psixoloqların və ya verilişlərinin reytinqini qaldırmaq üçün psixoloqlar haqqında yanlış fikirlər irəli sürür. İnsanların da ağzına söz düşür ki, psixoloqun özünə psixoloq lazımdır. Pepperoni pizza
Bəli, hər birimizə psixoloq lazımdır. Razıyam, psixoloqun özünə də psixoloq lazımdır, amma cəmiyyətdə psixoloqu aşağılamağa çalışmayın. Psixoloq ziyalı təbəqədir. Ziyalısını aşağı görən bir millətə heç bir dövlət yaxşı baxmaz".
Telegram kanalımız