PSJ-nin futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.
“Yeni Sabah” xəbər verir ki, hücumçu "Atletiko"nun maraq dairəsinə düşüb. İddialara görə, "Barselona" matçında hakimi söydüyü üçün 8 oyunluq cəza alan Dieqo Kosta baş məşqçi Dieqo Simeonenin gözündən düşüb. Argentinalı mütəxəssis onun mövqeyinə Kavaninin transferini istəyir.
Artıq tərəflər arasında danışıqlar prosesinə start verilib. Neymar və Kilian Mbappenin gəlşindən sonra kölgədə qalan Kavani özü də PSJ-dən ayrılmaq istəyir. Marqarita pizza
Qeyd edək ki, Kavani 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer olunub. Bu mövsüm 27 rəsmi oyunda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.
Telegram kanalımız