"Real Madrid"də çıxış edən Kilian Mbappe ilə PSJ arasında məhkəmə çəkişməsi yeni mərhələyə keçib.
“Yeni Sabah” xəbər verir ki, fransalı futbolçusu keçmiş klubundan 263 milyon avro təzminat istəyir. Öz növbəsində, PSJ Mbappedən 440 milyon avro tələb edir.
Bu məbləğin 180 milyon avrosu – 2023-cü ilin iyulunda Mbappenin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan gələn 300 milyon avroluq transfer təklifini rədd etməsinə görə yaranan zərər kimi göstərilir. 60 milyon avro isə klub tərəfindən “mənəvi ziyan və kompensasiya” kimi tələb olunur. pizza sifarişi
Mbappenin təmsilçiləri bildirir ki, futbolçuya müqavilə şərtlərinin dəyişdirilməsi, psixoloji təzyiq və mənəvi zorakılıq tətbiq edilib. PSJ rəhbərliyi onun 2024-cü ilin yayında klubu tərk edəcəyini öyrənəndə Mbappeni əsas komandadan uzaqlaşdırmışdı.
Noyabrın 17-də keçirilən məhkəmə iclasında işin məğzi birbaşa araşdırılıb, lakin nəticə bir neçə ay sonra elan ediləcək.
Əsmətxanım
Telegram kanalımız