“PSJ və “Nyukasl” komandalarının gücləri təxminən eynidir” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“PSJ və “Nyukasl” komandalarının gücləri təxminən eynidir” - Qurban Qurbanov

İdman

30 Yanvar 2026 18:40 748


PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) komandalarının gücləri təxminən eynidir.

"Yeni Sabah" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri "Nyukasl"ı dəyərləndirərkən deyib.

"Köhlən atlar"ın mətbuat xidmətinə danışan mütəxəssis onları maraqlı mübarizənin gözlədiyini bildirib: pizza hut

"Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. "Nyukasl" Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. "Nyukasl" çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür.

Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma "Nyukasl" bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır".

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Nyukasl"la ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!