“Pul verməmək üçün öz qohumlarını seriallara çəkirlər“     - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Pul verməmək üçün öz qohumlarını seriallara çəkirlər“   - Əməkdar artist

Mədəniyyət

04 İyul 2020 10:57 1607


"Azərbaycan seriallarına mararaq çox da böyük deyil. Çünki, peşəkər aktyor və aktrisaya pul verməmək üçün dırnaq arası rejisorlar öz tanışlarını, qonşusunu, qohumunu gətirib çəkirlər seriala". 

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Mehriban Xanlarova müasir seriallar barədə danışarkən deyib. Sənətçi serial komandasının proffesionallardan ibarət olmasının tərəfdarı olduğunu bildirib: "Bu gün insanlar arasında sorğu keçirsək, 100 faizindən 90-nı deyəcək ki, biz xarici seriallara baxırıq. Çünki xaricdə film, serial çəkiləndə yaxşı iş çıxır, bütün işçi kadr proffesionallardan ibarət olur. İstər aktyor heyəti olsun, istər montaj edən, kameraman və . s Buna görə də hər bir incəliyyə ciddi yanaşmaq lazımdır". 

Aktrisa bu sahədə peşəkar olanların qonorarının toxunulmaz olduğunu deyib: "Bəzi hallarda şəxsən məni ssenari qane etmir, bəzən isə montajçı. Bilirsiz, rejissor əsl peşəkər aktyoru, aktrisanı dəvət edirsə onun qonorarı toxunulmazdır. Dünən çıxanlardan deyilik ki, illərlə bu yolda canımızı qoymuşuq. Mən hər zaman təbii oynamağa üstünlük verirəm. Çünki sünilik olanda izləyici bunu hiss edir".  pizza mizza

O, serial və filmlərdəki problemlərin həlli üçün də tövsiyyə verib: "Xarici seriallar ilə rəqabət aparmaq üçün ilk növbədə güclü maliyyə lazımdır ki, ortaya yaxşı iş çıxsın. Bizdə istedadlı aktyor, aktrisa çoxdur. Yaxşı projelər lazımdır ki, həmin istedadlar üzə çıxsın. Bunu da demək istəyirəm ki, bu problemlərin həll olunması üçün mənim kimi öndə gedən digər həmkarlarım da öz iradlarını bildirməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!