Pulu sandığa sığışmayan Elon Mask xudmani evdə yaşayır

saytların hazırlanması

Evə çatdırılma

Pulu sandığa sığışmayan Elon Mask xudmani evdə yaşayır

Maraqlı

09 Avqust 2021 09:39 1640


Amerikalı milyarder Elon Mask təxminən 35 kv/m sahəsi olan “Casita” adlı 49.500 dollarlıq kiçik evində yaşayır.

Yenisabah.az “Business Insider”ə istinadla xəbər verir ki, Maskın qeyri-adi evi “SpaceX” şirkətinin ofisində yerləşir.

“Boxabl” şirkətinə məxsus kiçik evlər ABŞ-dakı klassik ailə evinə və ya mənzilinə məşhur bir alternativ halına gəlib və Elon Maskın da diqqətini çəkib. Marqarita pizza

Hələ 2020-ci ilin noyabrında “Boxabl” “Casita”nı Texas ştatının Boka Çika şəhərində "gizli müştəri" üçün qurduğunu elan edib. O zaman şirkət məşhur bir mühəndisin sifarişinə istinad edirdi.

Las Veqas mərkəzli şirkət tarixinə 2017-ci ildə ABŞ-ın istənilən əyalətinə yük maşını ilə çatdırıla bilən kiçik ölçülü qatlama evləri qurmaqla başlayıb. 

“Casita” tipli xudmani evin quraşdırılması cəmi bir neçə saat çəkir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!