“Pulumu verməsəniz, hamınızı ifşa edəcəyəm!” - Tolikdən şok ultimatum

saytların hazırlanması

Evə çatdırılma

“Pulumu verməsəniz, hamınızı ifşa edəcəyəm!” - Tolikdən şok ultimatum

Şou

08 Aprel 2026 19:03 1108


Televiziyadan uzaqlaşdırıldıqdan sonra gündəmdən düşməyən prodüser Tarix Əliyev (Tolik) bu dəfə maliyyə qalmaqalı ilə diqqət mərkəzinə düşüb.

"Yeni Sabah" xəbər verir ki, prodüser əvvəlki fəaliyyət dövründə həm televiziya efirində, həm də sosial media platformalarında reklam etdiyi bəzi şirkətlərdən hələ də ödənişini ala bilmədiyini açıqlayıb.

Məsələ bununla bitmir, Tolik artıq səbrinin tükəndiyini açıq şəkildə bəyan edərək həmin şirkətlərə ultimatum göndərib: pizza mizza

“Bəzi insanlar var – efirdə şirkətlərini reklam edirsən, gedib məkanlarını tanıdırsan, üstəlik, “Instagram” səhifəndə də paylaşırsan. Amma ödəniş vaxtı gələndə deyirlər ki, pulumuz yoxdur. Hələ ki, heç kimin adını çəkmirəm, heç bir şirkəti paylaşmıram. Amma bir-iki gün ərzində ödənişim edilməsə, məcbur qalıb hamısını ictimailəşdirəcəyəm və lazımi qurumlara da şikayət edəcəyəm.

Mənim kiməsə borcum yox idi ki, efirimdə də, sosial şəbəkələrimdə də kiminsə reklamını edim. Əziyyət çəkmişəm – zəhmət olmasa, haqqımı ödəyin!”./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!