2019-cu ilin ilk rübünün nəticələrilə bağlı müşavirədə prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun çıxışında səslənən bir məqam diqqəti çəkir.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib. O, bildirib ki, N. Əmirov iqtisadi islahatların uğurlu nəticələrinə vurğu edərkən ÜDM-nin nominal məbləğinin son 3 ildə 26 mlrd. manat artması da qeyd edir.
N. Əmirovun çıxışından sitat: “Həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artmışdır. Təbii ki, cənab Prezident, bütün bu nailiyyətlər, Sizin həyata keçirdiyiniz, nəzərdə tutduğunuz və Azərbaycan xalqının rifahına yönəldilən bu islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də çox diqqətlə izlənilir, təhlil olunur”. Sezar pizza
R. Ağayevin sözlərinə görə, statistik təhlil göstərir ki, son 3 ildə Azərbaycanda inflyasiya çox yüksək olduğundan, real ÜDM artmadığından nominal ÜDM-nin az qala 50%-lik artımı real iqtisadi inkişafın nəticəsi deyil: “İllər üzrə deflyatora baxdımızda bunu aydın görmək olur. Statkom-un məlumatına görə, 2015-cı ildə deflyator 15%, 2016-cı ildə 16%, 2018-ci ildə 11.5% təşkil edib. ÜDM deflyayoru ümumi qiymət dəyişikliyini əks etdirən qiymət indeksidir. Daha sadə desək, cari ilin ÜDM-i baza ilinin qiymətləri ilə hesablanmaqla deflyator müəyyən edilir və qiymət artımının ÜDM-ə təsiri kənara atılır.
Deflyatorun bu qədər yüksək olduğunu göstərən, nominal ÜDM-nin 50%-ə yaxın artdığını bəyan edən Statkom onu da deyir ki, real ÜDM artmayıb. Rəsmi rəqəmlərə baxaq: real ÜDM 2015-ci idə 1.1% artıb, 2016-cı ildə 3.9% azalıb, 2017-ci ildə artmayıb, 2018-ci ildə 1.2% artıb.
4 il üzrə artımların və azalmaların dinamikasını qarşılaşdırdıqda da, real ÜDM-nin artmadığı aydın görünür. Amma sadə yanaşmanı kənara qoyub, yenə də Statkom-un başqa bir məlumatına baxdıqda, son 4 ildə real ÜDM-nin azaldığı rəsmi səviyyədə təsdiq edilir. Belə ki, Statkom Azərbaycanda real ÜDM-nin hesablanması üçün baza ili kimi 2005-ci ilin qiymətlərindən istifadə edir. Həmin hesablama bazasına görə, 2015-ci ildə real ÜDM (2005-ci ilin qiymətləri ilə) 29.616 mlrd. manat təşkil etdiyi halda, anoloji göstərici 2018-ci ildə 29.032 mlrd. manat olub - yəni 4 il əvvələ nisbətən 2% az.
Bu mənzərəni daha da sadələşdirmək üçün bir nümunə də verim: siz 2015-ci ildə 100 manat qazanırdnız və bu vəsaitlə ayda 10 kq ət alıb istehlak edirdiniz. 2018-ci ildə qazancınız 50 manat artaraq 150 manata çatsa da, həmin pula siz ən yaxşı halda 9.8 kq ət ala bilirsiniz. Bu halda sizin nominal gəlirinizin 50 manat artımı sadəcə cibinizdə kağız pulların sayının artımından (yaxud nominalının böyüməsindən) başqa nəsə deyil və sizin həyatınız yaxşılaşmasına hər hansı qatqısı yoxdu”.
Telegram kanalımız