“Putin 1945-ci ildə bunkerdəki adamın etdiyini etməlidir” – Səfir

saytların hazırlanması

Evə çatdırılma

“Putin 1945-ci ildə bunkerdəki adamın etdiyini etməlidir” – Səfir

Siyasət

01 Mart 2022 07:24 2802


Sergi Kislitsya deyib ki, Putin bu vəziyyətdə 1945-ci ilin mayında “bunkerdəki adamın etdiyini etməlidir”.

Ukraynanın BMT-dəki səfiri Rusiya prezidenti Vladimir Putinin ölkəsinin nüvə silahlarını xüsusi hazırlıq vəziyyətinə gətirmək əmri ilə əlaqədar bəyanat verib. Putin müdafiə rəsmilərinə deyib ki, bu tədbirə Qərbin aqressiv bəyanatlarına cavab olaraq əl artılır.

Moskva bununla bağlşı konkret olaraq Britaniya xarici işlər naziri Liz Trassın davakar bəyanatlarını nəzərdə tutduğunu bildirib. Fevralın 28-də BMT Baş Assambleyasının təcili sessiyasında Ukrayna səfiri Sergi Kislitsya Putinin nüvə hədələrini pisləyib. Pepperoni pizza

O deyib ki, Putin bu vəziyyətdə 1945-ci ilin mayında “bunkerdəki adamın etdiyini etməlidir”. Bununla da diplomat Almaniya diktatoru Adolf Hitlerin intihar etdiyinə işarə edib. O bildirib ki, Kremlin “mənəvi ataları üçüncü reyxi təmsil edirlər”.

Bundan başqa Ukrayna tərəfi Baş Assambleyanı Rusiyanın Təhlükəsizlik Şurası üzvlüyündən xaric edilməsinə çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın xüsusi təcililik qaydasında Avropa İttifaqına üzv qəbul edilməsi üçün Brüsselə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!