Putin Arayiklə oteldə gizli görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Putin Arayiklə oteldə gizli görüşüb

Siyasət

01 Dekabr 2022 16:18 3030


"Bu məlumat yalan olsa da belə, fakt odur ki, Arayik illərdir, məhz Putin rejiminin və ordusunun himayəsində bəslənir. Və Xankəndində rahatca oturub hər gün Şuşa, Ağdam, Xocalı, Xocavənd, Tərtər və s. istiqamətlərdə Azərbaycan əsgərinə atəş açmaq əmri verir..."

 Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanda olarkən Azərbaycan torpağında Rusiya hərbi kontingentinin himayəsində bəslənən baş separatçı-terrorçu Arayik Arutyunyan da onun qəbulunda olub.

Moderator.az xəbər verir ki, bu haqda  "Johovurd” qəzeti öz mənbələrinə istinadla yazır. Toyuqlu pizza

“Görüş “Dvin” otelində baş tutub. Bu o deməkdir ki, Rusiya Federasiyası Vladimir Putin səviyyəsində Arayik Arutyunyanı Artsaxın lideri kimi qəbul edir və ona güvənir: baxmayaraq ki, Artsaxda yeni dövlət naziri - Ruben Vardanyan var. Əldə etdiyimiz məlumata görə, görüş Vladimir Putin - Arayik Arutyunyan formatında baş tutub”, - deyə erməni nəşri bildirir.

Bu məlumatı dəqiqləşdirmək üçün "Johovurd" separatçı rejim başçısının Xankəndindəki ofisinə müraciət edib. Orada görüş haqqında şayiələri kəskin şəkildə təkzib ediblər.  Qondarma qurumdan bildiriblər ki,  Arayik deyilən günlər  Qarabağda olub və qəzetin aldığı məlumat doğru deyil, belə bir görüş olmayıb...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!