“Putin artıq Ukraynanı itirib“ - Co Bayden

saytların hazırlanması

Evə çatdırılma

“Putin artıq Ukraynanı itirib“ - Co Bayden

Siyasət

09 Fevral 2023 13:39 740


Rusiya Prezidenti Vladimir Putin NATO-nun parçalanmasına, o cümlədən rus hərbçiləri alqışlayacaq bütün rusdilli ukraynalıların dəstəyinə ümid edirdi, lakin bunların heç biri baş vermədi. 

Yenisabah.az xəbər verir ki, bunu "PBS NewsHour”a müsahibəsində ABŞ prezidenti Co Bayden bildirib. 

Baydenin sözlərinə görə, Putin heç vaxt Ukrayna ilə müharibənin öhdəsindən gələ bilməyəcək.  pizza

ABŞ prezidenti həmçinin deyib ki, “Putin artıq Ukraynanı itirib”. 

Putin dəfələrlə Ukraynada Rusiyanın qələbəsini qaçılmaz hesab etdiyini bildirib. 

“Bir neçə şey var ki, onlar qələbəmizin əsasını təşkil edir. Bu, Rusiyanın və ümumiyyətlə, çoxmillətli rus xalqının birliyi, döyüşçülərimizin cəsarəti və qəhrəmanlığıdır”, - Kreml rəhbəri deyib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!