Putin bunu yaxşı bilir - Kılıçdaroğlu 

saytların hazırlanması

Evə çatdırılma

Putin bunu yaxşı bilir - Kılıçdaroğlu 

Siyasət

11 May 2023 10:35 1105


Türkiyədə əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu "The Wall Street Journal" nəşrinə müsahibə verib. 

Modern.az xəbər verir ki, müsahibəsində Kılıçdaroğlu Türkiyənin xarici siyasət istiqamətindən danışıb.

"Türkiyə Qərb birliyinin və NATO alyansının bir üzvüdür. Rusiya prezidenti Vladimir Putin də bunu yaxşı bilir. Türkiyə NATO tərəfindən verilən kollegial qərarlara uyğun hərəkət etməlidir", - deyə o bildirib. Dominos pizza

CHP sədri bundan əvvəl "Deutsche Welle"yə müsahibəsində də xarici siyasətdə Rusiya ilə yox, Qərblə münasibətlərə öncəlik veriləcəyini açıqlamışdı: "Türkiyənin xarici siyasətini 180 dərəcə dəyişdirəcəyik. Bizim istiqamətimiz Qərb sivilizasiyası olacaq".

Kılıçdaroğlu BBC-yə müsahibəsində də oxşar fikirlər səsləndirmişdi: "Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik".

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!