Putin "işğaldan azad edilmiş ərazilərin rəhbərləri" ilə sentyabrın 30-da, onların Rusiya Federasiyasına daxil olması ilə bağlı sazişlərin imzalanacağı Moskva şəhərində görüş keçirəcək.
Xatırladaq ki, sentyabrın 23-27-də DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendum keçirilib.
Dünya dövlətlərinin yaranmış vəziyyətə reaksiyası necə olacaq? pizza hut
Siyasi şərhçi Oktay Qasımov məsələyə münasibət bildirib.
O, Yenisabah.az-a açıqlamasında deyib ki, keçirilən saxta reerenduma dünyanın münasibəti bəllidir:
“Keçirilmiş referendum qeyri-qanunidir. Beynəlxalq hüquqa zidd olan addımdır. Suveren ölkənin işğal olunmuş ərazisində savaşın davam etdiyi zamanda referendum keçirilə bilməz. Referendumda hansı cavabın çıxmasından asılı olmayaraq nəticə qəbuledilməzdir.
Rusiyanın məqsədi hər hansı bir formada müharibədə qalib olmaqdır. Referendumun keçirilməsi və ərazilərin tələsik birləşdirilməsi ilə müharibəni bitirmək istəyir. Çünki Rusiyanın dünya miqyasında imicinə böyük zərbə dəyib. Əlavə olaraq sanksiyaların tətbiq olunması ilə iqtisadiyyat zəifləyib.
Müharibə başladıqda plan 4 gün ərzində Ukraynanın məğlubiyyətə uğradılması idi. Lakin müharibə artıq 8 aydır ki, davam edir. Hətta bir neçə müddətdir Ukraynanın uğurlu əks həmlələrinin və Rusiyanın məğlub duruma düşməsinin şahidi oluruq. Təxminən 8 min kvadrat kilometr ərazi Rusiya işğalından azad olunub.
Rusiya hazırki vəziyyəti ilə Ukraynaya qalib gələ bilməyəcəyini dərk etdiyinə görə şantaja əl atır. Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə nüvə silahından istifadə edəcəyini vurğulayır. Lakin nüvə silahının istifadəsi üçün beynəlxalq çərçivədə qəbul olunmuş qərarlar var. Əsas olaraq bilmək lazımdır ki, nüvə silahından istifadə yalnız nüvə silahına malik ölkə ilə müharibədə istifadə oluna bilər.
ABŞ və digər super dünya dövlətləri Rusiya təhdidlərindən əl çəkməyəcəyi təqdirdə daha sərt addımlar atacaqlar”.
Nəsimi Ələsgərli
Telegram kanalımız