Kremlin sözçüsü Dmitriy Peskov sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan Putin və Ərdoğan görüşünə hazırlıqların davam etdiyini bildirib.
Yenisabah.az xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya, Əfqanıstan və Liviya məsələlərini müzakirə edəcəklərini söyləyib.
Peskov iki liderin hər zaman danışacağı çox şeylərin olduğunu deyib. “Hər şeydən əvvəl Suriya və əlbəttə Əfqanıstan gündəmdə olacaq. Ənənəvi olaraq fikir mübadiləsi aparılacaq. Liviya və digər beynəlxalq mövzularda müzakirə aparılacaq”. Dominos pizza
Peskov ikitərəfli əlaqələr baxımından bir çox ortaq nöqtələrin olduğunu qeyd edib.
Nəzrin Vahid
Telegram kanalımız