Putin Ərdoğandan “Bayraktar” istəyir? – Peskov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin Ərdoğandan “Bayraktar” istəyir? – Peskov açıqladı

Siyasət

28 İyul 2022 07:30 2044


Avqustun 5-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə hərbi-texniki əməkdaşlıq mövzusu müzakirə olunacaq. 

Bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Bayraktar” pilotsuz təyyarələrinə marağına dair məlumatları şərh edərkən bildirib.

"İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəlikdədir və faktın özü onu göstərir ki, qarşılıqlı münasibətlərimizin bütün spektri çox yüksək səviyyədədir", - Peskov jurnalistlərə deyib. Dominos pizza

Peskov əlavə edib ki, bu yaxınlarda Putin-Ərdoğan əlaqələrində hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub. “Odur ki, “Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq", - Peskov deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!