Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən danışdı

Siyasət

18 Noyabr 2021 18:25 2527


Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədində son baş verən atışmalardan danışıb.

Yenisabah.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib.

“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - deyə o, qeyd edib. Dominos pizza

Rusiya prezidenti vurğulayıb ki, sabitliyi təmin etmək, atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Putin Baş nazirlərin müavinləri səviyyəsində yaradılan komissiyanın fəaliyyətindən söz açıb: “Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!