Putin Heydər Əliyevə böyük hörmət bəsləyirdi - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Putin Heydər Əliyevə böyük hörmət bəsləyirdi - Peskov

Siyasət

10 May 2023 14:36 645


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun bilik səviyyəsini yüksək qiymətləndirib. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “NEWS.ru” nəşrinə müsahibəsində deyib.

“Prezident Putinin Heydər Əliyev ilə çox səmimi münasibətləri var idi. O, həqiqətən Heydər Əliyevə böyük hörmət bəsləyirdi. Onlar dəfələrlə ünsiyyətdə olublar. Hazırkı Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəm təməli də məhz həmin vaxt qoyulub. pizza sifarişi

Prezident bu cür münasibətləri İlham Heydər oğlu ilə də davam etdirir. İndi mövcud olanların təməli artıq o vaxt qoyulurdu. Əlbəttə, ortaq tariximizdə, Sovet İttifaqı tarixində Heydər Əliyevin rolunu qiymətləndirmək olduqca çətindir. Bu rol həqiqətən böyükdür”, - deyə Peskov qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!