Putin İlham ƏIiyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin İlham ƏIiyevi təbrik etdi

Siyasət

24 Dekabr 2021 12:06 533


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrik mətni Kremlin rəsmi saytında dərc olunub. 

“Hörmətli İlham Heydər oğlu, 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Dominos pizza

Siz hətta ən mürəkkəb vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənləriniz arasında və beynəlxalq arenada layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atmışdır.

Sizinlə yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, hərtərəfli dialoqu və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Sizə səmimi qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib ailənizə ürəkdən salamlarımı çatdırmaq istərdim.

Hörmətlə, Vladimir Putin”, - məktubda qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!