Noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan KTMT-nin Zirvə toplantısı geniş müzakirələrə səbəb olub.
Belə ki, bir sıra mütəxəssislər Rusiya prezidenti Vladimir Putinin məlum toplantı çərçivəsində baş tutacaq İrəvan səfərini erməniləri şirnikləndirən amil kimi qiymətləndiriblər. Hətta bəzi analitiklərin fikrincə, Putinin səfəri çərçivəsində ermənilər Azərbaycanla sərhəddə yeni təxribatlarlar törədə bilərlər.
Məsələyə aydınlıq gətirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Rusiya açıq-açığına Ukrayna cəbhəsində uduzduğunu Cənub Qafqaz cəbhəsində müsəlman xalqlarının hesabına kompensasiya etmək istəyir. Dördpendirli pizza
Onun sözlərinə görə, KTMT-nin İrəvandakı sonuncu toplantısının keçirilməsi rotasiya prinsipilə olur:
“Çünki belə tədbirlər gah Qazaxıstan, gah Rusiya, gah da Belarusda keçirilir. Lakin hesab edirəm ki, bu, ruhlandırmaq məqsədi güdmür. Sadəcə bu görüş rotasiyaya uyğun bir məsələdir”.
ADP sədrinə görə, ermənilərlə rusların maraqları hələ də üs-üstə düşür və ruslar hələ də “erməni kartı”nı Azərbaycana qarşı istifadə etmək niyyətindədir:
“Ermənilər də ruslardan azərbaycanlılara qarşı öz maraqlarını təmin etmək üçün istifadə etmək niyyəti güdürlər. Qısası, hər ikisinin niyyəti demək olar ki, puça gedəcək və onların Azərbaycana qarşı məkrli planlarının heç biri baş tutmayacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız