Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” rəhbərliyi ilə danışıqlar barədə rusiyalı həmkarı Vladimir Putinə telefonla məlumat verib.
Yenisabah.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Belarus dövlət başçısına vəziyyətin deeskalasiyası üzrə işinə görə təşəkkür edib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. pizza mizza
“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Telegram kanalımız