Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi ləğv etdi

Siyasət

11 İyun 2022 21:25 1700


Rusiya Prezidenti Vladimir Putin ölkəsində MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bundan sonra təqaüd sektorunda mütənasiblik prinsipi əsasında yeni ikitərəfli sazişlərin bağlanması nəzərdə tutulur.

Razılığa gələn tərəf öz qanunvericiliyinə uyğun olaraq sığorta və ya iş stajına uyğun olaraq təqaüdün müvafiq hissəsini hesablayaraq ödəyəcək. Dominos pizza

Bundan əvvəlki saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınırdı. Qeyd edildiyi kimi, bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!