“Putin mesaj verdi, Nikol anında bunları etdi…”

saytların hazırlanması

Evə çatdırılma

“Putin mesaj verdi, Nikol anında bunları etdi…”

Siyasət

29 Oktyabr 2022 19:26 2784


Sosial şəbəkələrdə başladılan “İlham Əliyev Soçiyə getməkdən imtina etməlidir!” çağırışı növbəti dəfə erməni informasiya-təbliğat maşınının təsiri altına düşmək deməkdir və nəticə etibarilə, Qərbin maraqlarına xidmət edən davranışlardır.

Məhz Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırlar ki, bu görüş baş tutmasın, pozulsun.

Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyini və onun siyasi qədərini müəyyənləşdirəcəyini yaxşı bilirlər. pizza sifarişi

Putinin “Valday”da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın 1 sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları – Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya FTX-na verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanır.

Azərbaycan heç bir halda bu görüşdən yayınmamalı, əksinə, Ermənistanın cəzalandırılması üçün daha sərt, o cümlədən təzminat tələbləriylə çıxış etməlidir!

8 aydır efirlərimizdən “Rusiya Ukraynada 3 aya dağılacaq, Putin öldürüləcək” deyən qərbpərəstlərdən isə soruşmaq gərəkdir: Rusiya tezliklə dağılırsa, Soçidə hansısa razılaşmaların olacağından niyə narahatsınız? Yox, əgər Rusiya hələ sandığınızdan güclüdürsə, o halda niyə Azərbaycanı Rusiya ilə toqquşdurub əzdirmək, qazandığımız uğurları heçə-puça çevirmək istəyirsiniz?!

Elxan Şükürlü


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!