Sentyabrın 23-27-də qondarma Donetsk və Luqansk xalq respublikaları ilə yanaşı, işğal altındakı Xersonda referendum keçiriləcək. Siyasi analitiklərin rəyinə görə, Rusiya bu əraziləri ilhaq etməklə, payızda müharibəni bitirməyi planlaşdırır.
Eyni zamanda, Rusiya Federasiyasının CM-də hərbi cinayətlərlə bağlı maddələr sərtləşdirilir. Səfərbərlik və müharibə haqqında olan müddəalarda da dəyişikliklər edilir. Üstəlik, Putin qismən səfərbərlik haqqında fərman imzalayıb. Bu da əks fikrin tərəfdarlarına bunu iddia etməyə əsas verir ki, Ukrayna ilə müharibə tezliklə bitməyəcək.
Yenisabah.az-a danışan Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyevin sözlərinə görə, yeni bir ilhaq qeyri-mümkündür. pizza
“Suriya ssenarisinin olması daha çox danışılır. Çünki beynəlxalq mətbuatda və beynəlxalq tədqiqat aparan şəxslər tərəfindən bu fikri son zamanlar səslənir. Üstəgəl, Rusiya Xerson və Xarkovdakı məğlubiyyətdən sonra Ukrayna ərazisindəki hərbi əməliyyatlarının miqyasını və eyni zamanda onun hədəflərini dəyişə bilər.
Payız aylarında müharibə bitə, yaxud ən azı durğunluq yarana bilər, amma Xerson və Xarkovda olanlar bu hadisələrin hamısını dəyişdirdi. Ona görə də müharibənin bitəcəyi istisna edilmir. Amma sual olunur ki, Rusiyanın böyükmiqyaslı hərbi əməliyyatlar keçirməyə və bunu davam etdirməyə resursları kifayət edəcəkmi? Üstəlik, sanksiyaları da nəzərə almalıyıq”.
Eskpert düşünür ki, Ukrayna dövləti böyük bir təhlükə altındadır:
“Ərazisinin böyük bir hissəsi işğal edilib. Ukrayna dövlətçiliyinin bundan artıq hansı təhlükələr ala bilər sualı verilməlidir, məncə. Çünki 7 aya yaxındır müharibə gedir.
Mən sonrakı mərhələdə həmin ərazilərin Rusiyaya birləşdirələciyinə inanmıram. Dünyada bu məsələ ilə bağlı ən optimal variant qoşunların 24 fevraldan əvvəlki sərhədlərə qaytarılması və Ukraynanı atəşkəsə razılıq verməsidir. Tutaq ki, Rusiya bu əraziləri özünə birləşdirdi. Bu zaman Krımın ilhaqından daha fərqli təpki olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız