Putin müharibənin hansı halda bitəcəyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin müharibənin hansı halda bitəcəyini açıqladı

Dünya

14 Dekabr 2023 13:35 905


Biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi dəyişməyib: pizza

"Biz Ukraynada öz məqsədimizə çatanda sülh olacaq. Məqsədimiz isə dəyişilməyib. Bu, əvvəlki kimi, Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır".

"Ölkədə qismən səfərbərlik oldu. Həmin səfərbərlik çərçivəsində 300 min nəfər orduya çağırıldı. Həmin insanlar möhtəşəm döyüşürlər. Onlardan 14 nəfəri Rusiya qəhrəmanı adını alıb", - deyən Putin səfərbərlikdən əlavə ölkə vətəndaşları könüllü şəkildə də orduya yazılırlar və onların sayının 500 mini ötdüyünü bildirib.

Onun sözlərinə görə, hazırda səfərbərliyin ikinci dalğasına ehtiyac yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!