Putin müharibənin ortasında Paşinyana niyə zəng etdi?   - “Rusiyanın Qarabağa diqqət ayırması səbəbsiz deyil”

saytların hazırlanması

Evə çatdırılma

Putin müharibənin ortasında Paşinyana niyə zəng etdi? - “Rusiyanın Qarabağa diqqət ayırması səbəbsiz deyil”

Siyasət

27 Fevral 2022 16:11 15482


Ukraynada müharibənin getdiyi vaxt Putin Paşinyana zəng edib: üçtərəfli razılaşmaların icrasında praktiki aspektlər müzakirə olunub.

Rusiyanın müharibənin ortasında Qarabağa diqqət ayırması səbəbsiz deyil:

- müharibənin gedişi planlaşdırdıqları kimi olmadı, xüsusilə rus ordusu mifinin dağılması baxımından; pizza hut

- mifin dağılması post-sovet məkanında Moskvanın maraqlarının nəzərə alındığı siyasi xətti zəiflədə bilər;

- sanksiyalar və nüfuz itkisi ilə üzləşmələri rusları Cənubi Qafqazda mövqelərini qorumağı məcbur edir;

Bu situasiyada Putin bölgədə mövqeyini qorumaq üçün Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirmək istəyəcək;

Rusiyanın Ukraynada məğlubiyyəti, ən azı prosesdə zəifləməsi Qarabağ məsələsində hadisələrin inkişafını Azərbaycanın xeyrinə istiqamətləndirə bilər.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!