“Putin nəzarəti itirib, Rusiya dağılmağa doğru gedir”

saytların hazırlanması

Evə çatdırılma

“Putin nəzarəti itirib, Rusiya dağılmağa doğru gedir”

Siyasət

13 İyun 2023 15:28 734


“Ukrayna ordusu əks-hücuma hazırdır. Amma hücum etməyi ləngidir. Çünki Qərbdən daha çox müasir silah almaq və itkilərini mümkün qədər azaltmaq istəyir”. 

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, Ukrayna əhalisinin sayı Rusiya əhalisindən 4-5 dəfə azdır: pizza mizza

"Rusiya canlı qüvvə itkisinin yerini doldura bilir. Ancaq bunu Ukrayna üçün demək olmur". 

Politoloqun sözlərinə görə, artıq kəşfiyyat-diversiya qruplarının fəaliyyəti nəticəsində hərbi əməliyyatlar Rusiya ərazisinə keçib. Əgər hansısa bir dövlət digər dövlətə hücum edirsə, hücuma məruz qalanın təcavüzkarın ərazisində hərbi əməliyyat keçirməyə qanuni haqqı var. Ukrayna hazırda bu haqqından istifadə edir:

“Rusiya iqtisadiyyatı, ölkənin bütün həyati vacib sahələri tənəzzülə uğrayır. Rusiya onilliklər ərzində min bir əziyyətlə qazandığı bazarları, tərəfdaşlarını itirir, əhalisi azalır, yüzminlərlə gənc kişi və qadın ölkəni tərk edir. Rusiyanın elmi-texniki tərəqqisinin qarşısında ciddi maneələr yaranır, maliyyə ehtiyatları tükənir. Bu, Rusiya üçün çox böyük mənfi hadisədir. Putin hazırda Rusiyadakı vəziyyətə tam nəzarət edə bilmir. Bu ölkə addım-addım dağılmağa doğru gedir. Rusiya üçün yaxşı sonluq görmürəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!