“Putin gözləyir ki, onun ordusu gəlib elə bir üstünlüyü təmin etsin ki, həmin o üstünlüyün sayəsində öz iradəsini Ukraynaya qəbul etdirə bilsin. Vəssəlam, o, bu anı - hərbi qələbəni gözləyir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə kompromislərə gələ bilməməsi, hətta döyüşləri dayandırıb danışıqlar masasına oturmaq istəməməsindən söz açıb. Pepperoni pizza
Mütəxəssis əmindir ki, hərbi qələbə Ukrayna ordusunun şiddətli müqaviməti nəticəsində alınmır:
“O da geri çəkilməkdən imtina edir və gözləyir ki, ordusu ona qalib mövqeyi təmin etdikdən sonra gəlib desin ki, “mən deyəndir”!
Sözsüz ki, Putinə təsir edə biləcək liderlər dünyada mövcuddur. Amma hamısı öz ölkəsinin və xalqının mənafeyindən çıxış edib öz mövqelərini müəyyənləşdirib. Ukrayna naminə hansısa dövlət öz maraqlarından keçməyə hazır deyil. Bəli, insan xatirinə, o cümlədən beynəlxalq hüquq və öz təhlükəsizlikləri baxımından Rusiyanı qınayırlar, amma kəskin şəkildə Rusiya ilə ziddiyətə girmək istəmirlər. Çünki Rusiya nüvə dövlətidir və bunu heç, amma heç vaxt unutmayın. Rus cəmiyyətinin lənətlədiyi Stalinin, eləcə də Beriyanın sayəsində bu dövlətin nüvə silahı var”.
“Putini yumşaldan səbəb isə rus ordusunun məğlubiyyəti məsələdir. Bunun üçün də mütləq Ukraynaya müasir silahlar verilməlidir.
Döyüşlər isə çox ağır və şiddətlidir. Hələlik rus ordusunun üstünlüyü ilə gedir. Ukrayna ordusu da addım-addım geri çəkilir. Amma mənə elə gəlir ki, Ukrayna yarım ay da dözsə, döyüşün axarını dəyişə bilər”, - deyə politoloq yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız