“Putin ömrünün sonuna kimi işgəncə altında yaşayacaq”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Putin ömrünün sonuna kimi işgəncə altında yaşayacaq” - Deputat

Siyasət

19 May 2022 12:28 1219


Müharibə başlayandan bəri Ukraynada qətlə yetirilən dinc sakinlərin sayı 4000-ə çatıb. Onların arasında qadınların və uşaqların olması xüsusilə narahatlıq doğurur. Müharibə cinayətlərinin davam etməsi təcavüzkar ölkənin - Rusiyanın dövlət başçısı Vladimir Putinin gələcəyi ilə bağlı çox saylı versiyaların meydana çıxmasına səbəb olub. 

Müharibə cinayətlərinə görə, Putinin cəzalandırılması realdırmı? Ümumiyyətlə Rusiya rəsmilərinin aqibəti necə olacaq?

Milli Məclisin deputatı Razi Nurullayev Yenisabah.az-a açıqlamasında deyib ki, Putinin hərbi tribunala çıxarılması üçün Rusiya ya zəifləməli, ya da parçalanmalıdır: pizza hut

“Rusiyanın dövlət başçısının, eyni zamanda yüksək vəzifəli məmurlarının tribunala çıxarılması üçün Rusiya zəif bir dövlətə çevrilməli və yaxud da parçalanmalıdır. Bununla yanaşı, Putinin hakimiyyətdən getməsi və ya devrilməsi lazımdır. Əks halda, böyük dövlətlərin rəhbərləri tribunala çıxarılmır”.

Deputatın sözlərinə görə, Rusiya rəhbərini hədələmək olar, lakin tribunala gətirtmək mümkün deyil:

“Rusiya böyük dövlətlərdən biridir. Rusiya prezidentini tribunala cəlb etməklə hədələmək olar, amma bunu reallaşdırmaq çətindir. Gərək Ukrayna və müttəfiqləri müharibəni Ukrayna ərazisindən Rusiya ərazisinə keçirsinlər. Rusiyanı məğlub edib, istintaqa cəlb etmək olar. Burada məsələ Ukraynanın ərazi bütövlüyünün təminatında gedir. Rusiyanın ərazisinə müdaxilədən söhbət getmir. Ona görə də prosesin tribunalla yekunlaşmasına inanmıram”.

R.Nurullayev qeyd edib ki, Rusiyanın xeyli hərbçisi tribunaldan canını qurtara bilməyəcək:

“Həmin insanlar Rusiya ərazisindən kənara çıxa bilməyəcəklər. Bu real deyil. Başqa bir ölkəyə gedən zaman həbs olunacaqlar. Məsələ orasındadır ki, rəhbərlikdən tutmiş sıravi hərbçilərə qədər həmin şəxslər etdiklərinə görə, daim qorxu-hürkü içərisində yaşayacaqlar. Bunun özü həbs olunmaqdan, tribunala çıxarılmaqdan daha ağır bir işgəncədir”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!